"Bavariya" Virtsin transferində israrlıdır
"Bayer"in almaniyalı futbolçusu Florian Virts mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.
Sportline.az "Kicker" nəşrinə istinadən xəbər verir ki, "Bavariya" Virtsin transferində israrlıdır. Münhen klubunun rəhbərliyi Virts üçün "Bayer"ə 130 milyon avro ödəməyə hazırdır.
Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Florian Virtsin "Bayer"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.