“Bavariya” yeni hücümçu axtarışına çıxıb

"Bavariya" Harri Keynə rəqib ola biləcək yeni bir hücumçu transfer etməyi planlaşdırır.

Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisinin əsas transfer hədəfi hazırda "Genk" klubunda çıxış edən Tolu Arokodaredir.

Münhen təmsilçisi nigeriyalı hücumçu üçün Belçika klubu ilə rəsmi danışıqlara başlamağı planlaşdırır.

"Genk" bu transfer üçün 25 milyon avro tələb edir.

24 yaşlı Arokodare ilə yalnız "Bavariya" deyil, eyni zamanda "Borussiya Dortmund" və "Ştutqart" klubları da maraqlanır.

Qeyd edək ki, Arokodare bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 21 qol 7 asistlə yadda qalıb.