"Bavariya"dan 55 milyon avroluq transfer

"Bavariya" "Borussiya Dortmund"un ingiltərəli futbolçusu Ceymi Gittensi heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az "Kicker" nəşrinə istinadən xəbər verir ki, Münhen klubu Gittens üçün qarşı tərəfə 55 milyon avro ödəməyə hazırdır.

20 yaşlı futbolçunun "Dortmund"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Gittens bu mövsüm meydana çıxdığı 49 matçda 12 qol 5 məhsuldar ötürmə müəllifi olub.