"Bavariya"nın 1 nömrəli hədəfi

"Bavariya" "Milan"ın portuqaliyalı futbolçusu Rafael Leano transfer etməkdə israrlıdır.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Münhen klubu bu keçid üçün 70 milyon avroluq təklif hazırlayır.

26 yaşlı sol cinah vingeri Almaniyada çıxış etməyə müsbət yanaşır. Onun meneceri "Bavariya" ilə danışıqlar aparır.

Qeyd edək ki, "Milan"ın rəhbərliyi Leaoya yeni müqavilə təklif edib. Lakin son qərarı futbolçunun özü verəcək.