"Bayer Leverkuzen"nin nigeriyalı futbolçusu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

"Bayer Leverkuzen"in nigeriyalı hücumçusu Viktor Bonifeys zədə üzündən komandasına kömək edə bilməyəcək.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Almaniya klubu rəsmi səhifəsində paylaşım edərək 23 yaşlı futbolçunun son təlim məşq toplanışında ciddi zədə aldğını açıqlayıb. 

Viktor Bonifeysin əməliyyat olunacağı və 2 ay müddətində yaşıl meydanlardan kənarda qalacağı bildirilib. 

Qeyd edək ki, Viktor Bonifeys bu mövsüm "Bayer Leverkuzen" formasıyla çıxdığı 23 oyunda 18 qol 6 məhsuldarötürmə ilə yadda qalıb.