Bəhram Rəcəbzadə geri dönür

Bir müddət öncə peşəkar karyerasını başa vurduğunu bildirən Bəhram Rəcəbzadə döyüş arenalarına qayıdır.

Sportline.az xəbər verir, o, “Glory 105” turnirində idman arenasına çıxacaq.

Təcrübəli idmançının rəqibi Kristian Kristya olacaq.

Sözügedən qarşılaşma fevralın 7-də keçiriləcək.

Qeyd edək ki, Bəhram Rəcəbzadə son iki döyüşündə məğlub olduqdan sonra hakimlikdən narazılıq edərək karyerasını bitirmək qərarına gəlmişdi.