Bellingemin son durumu açıqlandı

"Real"ın zədəli ulduzu Cud Bellingemin son durumu açıqlanıb.

Sportline.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi sentyabr ayında sıraya dönəcək.

Bu haqda tanınmış jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə Cud milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra yaşıl meydana dönəcək.

Qeyd edək ki, Bellingem ötən mövsüm iştirak etdiyi 43 oyunda 23 qol, 14 asistlə yadda qalıb.

Transfermarkt portalında onun dəyəri 180 milyon avrodur.