"Benfika" 19 yaşlı futbolçusu üçün 100 milyon avro tələb edib

"Benfika" klubu 19 yaşlı futbolçusu Joao Neves üçün "Mançester Yunayted" klubundan 100 milyon avro tələb edib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İngiltərə klubu 19 yaşlı yarımmüdafiəçi üçün danışıqlara başlayıb.

"Mançester Yunayted" rəhbərliyi 100 milyon avronu ödəyə bilməyəcəyi üçün futbolçunu icarə əsasında transfer etmək qərarına gəlib. 

Qeyd edək ki, Joao Neves "Benfika" forması ilə çıxdığı 25 matçda 1qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.