"Beşiktaş" 5 futbolçunu komandandan göndərmək qərarına gəlib
İstanbul nəhənglərindən olan "Beşiktaş" 5 futbolçunun təlim məşq toplanışlarıdan uzaqlaşdırldığını açıqladı.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,"qara-qartallar"ın 2-ci prezidentdi Hüseyn Yücəl açıqlamasında :"Vinsent Abubakar, Erik Baiy, Raşid Qezzal, Cin Onana komandayla ayaqlaşa bilmədiyi üçün məşqlərə qatılmasına icazə verməyəcəyik. Futbolçular ən qısa zamanda başqa klublara transfer olunacaqlar",-deyib.
Kamerunlu futbolçu Vinsent Abubakar üçün Rusiya klubları təklif göndərsə də "Beşiktaş" qəbul etməyib.
Qeyd edək ki, "Beşiktaş" rəhbərliyi 5 futbolçunun satışından maksimum gəlir əldə edərək yeni oyunçular almaq niyyətində olduğunu bildirib.