"Beşiktaş" ingiltərəli futbolçunu transfer etməyi planlaşdırır

Ötən mövsümü "Milan"da icarə əsasında keçirən ingiltərəli futbolçu Temmi Abraham karyerasını "Beşiktaş"da davam etdirə bilər.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İstanbul klubu Abrahamı transfer etmək üçün hərəkətə keçib.

27 yaşlı forvard müqavilə əsasında "Roma" klubuna məxsusdur.

Qeyd edək ki, Abrahamın transfer qiyməti 15 milyon avrodur.