"Beşiktaş" isveçrəli futbolçu ilə danışıqlar aparır
"Monako"nun isveçrəli futbolçusu Bril Embolo karyerasını Türkiyədə davam etdirmə ehtimalı var.
Sportline.az xəbər verir ki, "Beşiktaş" 28 yaşlı futbolçu ilə danışıqlar aparır.
Bu haqda jurnalist Ertan Süzgün məlumat yayıb.
Qeyd edək ki, Embolonun dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.
O, ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 7 qol 9 məhsuldar ötürmə ilə yadda qalıb.