"Beşiktaş" norveçli futbolçunun transferini açıqlayıb

İstanbul nəhənglərindən sayılan "Beşiktaş" norveçli müdafiəçini transfer edib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar" "Adana Demirspor"dan ayrılan futbolçu Conas Svensson heyətinə qatıb.

30 yaşlı sağ cinah müdafiəçisinin "Beşiktaş" klubu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Conas Svensson bu mövsüm "Adana Demirspor" forması ilə çıxdığı 20 oyunda 1 qol, 3 asistlə yadda qalıb.