"Beşiktaş" UEFA-ya iştirak ərizəsini təqdim edib

Bu mövsüm UEFA Avropa Liqasında çıxış edəcək "Beşiktaş" turnirdə yer alacaq heyətini açıqlayıb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, 25 oyunçunun daxil edildiyi siyahıda Vinsent Abubakar, Aleks-Oksleyd Çemberlein və Daniel Amarti yer almayıb. 

Qeyd edək ki, Türkiyə klubu turnirdə ilk oyununu sentyabrın 26-da səfərdə "Ayaks"a qarşı keçirəcək.