"Beşiktaş"ın yeni baş məşqçiylə müqavilə imzalayacağı tarix məlum olub
"Beşiktaş" klubu niderlandlı çalışdırıcıyla yanvarın 6-da müqavilə imzalayacaq.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara qartallar"da baş məşqçi vəzifəsi Ciovanni Van Bronkhorsta həvəlaə olunacaq. Tərəflər arasında razılıq əldə olunduğu və köməkçi məşqçi heyətiylə birliktə bu gün İstanbula gələcəyi bildirilib.
Ciovanni Van Bronkhorst "Beşiktaş"ın bu günki matçını tribunadan izləyəcək,ardınca müqavilə imzalanacaq, bazar günü isə komandayla birliktə ilk məşqinə çıxacaq.
Qeyd edək ki, Ciovanni Van Bronkhorst daha öncə "Feynord" və "Qlasqov Rencers" klublarını çalışdırıb.