"Beşiktaş" Yusufun izinə düşüb
"Olimpiakos"un türkiyəli futbolçusu Yusuf Yazıcı karyerasını ölkəsində davam etdirə bilər.
Sportline.az "Sportdog"a istinadən xəbər verir ki, "Beşiktaş" Yusuf üçün Yunanıstan klubuna rəsmi təklif göndərməyi planlaşdırır.
28 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 5 milyon avrodur.
Qeyd edək ki, Yusuf Yazıcının "Olimpiakos"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.