"Beşiktaş"dan ayrılan Erik Bayi İspaniya klubuna transfer olunub
"Beşiktaş"dan ayrılan mərkəz müdafiəçisi Erik Bayi karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Sportline.az idman jurnalisti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir ki, 29 yaşlı müdafiəçi "Vilyareal" klubuna transfer olunub.
"Milan" klubu futbolçunu heyətinə üatmaq istəsə də Erik Bayi İspaniya klubunda çıxış etmək istəyib.
Qeyd edək ki, Erik Bayi "Beşiktaş" forması ilə cəmi 8 oyunda meydana çıxıb.