"Beşiktaş"ın daha bir hədəfi
"Beşiktaş" növbəti mövsümdə daha güclü heyətlə mübarizə aparmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi bu niyyətlə yeni oyunçularla maraqlanır.
Siyahıdakı futbolçulardan biri "Ştutqart"ın "Srvena Zvezda"da icarə əsasında forma geyinən sol cinah oyunçusu Silasdır.
"Africafoot"da yayılan məlumata görə Serbiya təmsilçisi "Ştutqart"ın tələb etdiyi 7 milyon avronu ödəmək gücündə olmadığından "Beşiktaş" fürsəti dəyərləndirmək niyyətindədir.
Qeyd edək ki, Silas ötən mövsüm meydana çıxdığı 15 oyunda 5 qol, 1 asist müəllifi olub.