"Beşiktaş"ın qapıçısı La Liqada
"Beşiktaş"ın ukraynalı qolkiperi Denis Boyko karyerasını La Liqada davam etdirəcək. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu icarə əsasında "Malaqa"da çıxış edəcək.
Tərəflər arasında əldə olunan razılığa görə İspaniya klubu "Beşiktaş"a bir mövsüm üçün 300 min avro ödəyəcək.
Qeyd edək ki, Denis Boyko ötən il "Dnepr"dən "Beşiktaş"a transfer olunub.