"Beşiktaş"ın sabiq oyunçusu La Liqa klubunda

Ötən mövsümün ara transfer dönəmində "Nitsa"ya icarəyə göndərilən "Beşiktaş'ın fransalı oyunçusu Valentin Rosierin yeni ünvanı bəlli olub.

Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını La Liqaya yeni yüksələn "Leqanes"də davam etdirəcək.

Müqavilənin müddəti hələki məlum deyil.

Sağ cinah müdafiəçisi ötən mövsüm Fransa klubunun heyətində cəmi 50 dəqiqə meydanda olub.

Qeyd edək ki, Rosierin İstanbul klubu ilə daha 1 il müqaviləsi var idi.