"Betis" 37 yaşlı qapıçını heyətinə qatıb

"Vest Hem" və "Liverpul"un sabiq qapıçısı Adrian  "Betis"ə geri dönüb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 37 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.

Adrian "Real Betis" klubunun yetirməsidir.Komandada 32 oyun keçirdikdən sonra ispaniyalı qapıçı 2013-cü ildə Premyer Liqaya yollanıb.

O, "Liverpul"un heyətində Premyer Liqanın, Liqa Kubokunun, UEFA Super Kubokunun və Klublararası Dünya Kubokunun qalibi olub. 2019-cu ildən Mersisayd klubunda çıxış edən Adrianın müqaviləsi bu yay başa çatıb.

Qeyd edək ki, təcrübəli qapıçı ötən mövsüm rəsmi oyuna çıxmayıb.