“Bormunt”dan 20 milyon avroluq transfer
"Bormunt" PSV-nin belçikalı futbolçusu Yohan Bakayokonu transfer etmək istəyir.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, PSV-nin rəhbərliyi Bakayoko üçün 20 milyon avro tələb edir.
22 yaşlı sağ cinah vingerinin klubla müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Bakayoko ötən mövsüm meydana çıxdığı 47 oyunda rəqib qapılarından 12 top keçirib.