"Bornemut"un zədədən əziyyət çəkən futbolçusunun yaşıl meydanlara dönəcəyi tarix məlum olub

"Bornemut" klubunun 24 yaşlı amerikalı futbolçusu Teylır Edımsın oynayacağı tarix bəlli olub.

Soortline.az Goal.com-a istinadla xəbər verir ki, dayaü yarımmüdafiəçisi Teylır Edıms sentyabr ayından zədələndikdən sonra əməliyyat olunub.

Amerikalı futbolçunun fevral/mart aylarında yenidən yaşıl meydanlara qayıdacağı bildirilib.

Qeyd edək ki, Teylır Edıms bu mövsüm "Lids  Yunayted"dən 26 milyon avro qarşılığında transfer olunub.