"Borussiya Dortmund" 18 yaşlı türkiyəli futbolçuyla maraqlanır

"Borussiya Dortmun" klubu türkiyə millisinin 18 yaşlı hücumçusu üçün Almaniya klubuyla danışıqlara başlayıb. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Nürnberq" klubunun akademiyasında Cem Uzun "Borussiya Dortmund"a transfer oluna bilər. 

"Bavariya" klubununda diqqət mərkəzində olan Cem Uzun üçün "Nrünberq" klbubu 10 milyon avro tələb edib. 

Qeyd edək ki, Cem Uzun bu mövsüm "Nürnberq" formasıyla çıxdığı 17 matçda 9 qol, 3 asistlə yadda qalıb.