"Boston" əlavə vaxtda sevindi, "Qolden Steyt" məğlub oldu

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə azarkeşlər daha 5 oyuna şahidlik ediblər.

Maraqla gözlənilən "Qolden Steyt Uarriors" - "Los Anceles Leykers" görüşündə "ikincilər" qələbə qazanıblar.

"Boston Seltiks" isə "Filadelfiya Sevinti-siksers"lə matçda çətin qələbəyə sevinib.

"Nyu York Niks" - "Milouki Baks" - 95:109

"Hyuston Rokets" - "Oklahoma Siti Tander" - 113:109

"Boston Seltiks" - "Filadelfiya Sevinti-siksers" - 121:114 (overtaym)

"Qolden Steyt Uarriors" - "Los Anceles Leykers" - 101:127

"Yuta Cazz" - "Portlend Treyl Bleyzers" - 117:96