"Boston Seltiks" sensasiyaya imkan vermədi, "Los Anceles Leykers" qalib gəldi

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə azarkeşlər daha 8 oyuna şahidlik ediblər.

Favoritlərdən - "Boston Sletiks" "Bruklin Nets"lə görüşdə azarkeşlərini sevindirib. "Los Anceles Leykers" isə "Dallas Maveriks"lə dueldən qalib ayrılıb.

Nəticələri diqqətinizə çatdırırıq:

"Detroyt Pistons" - "Sen Antonio Spörs" - 107:119

"Boston Seltiks" - "Bruklin Nets" - 116:95

"Hyuston Rokets" - "Denver Naqqets" - 125:113

"Milouki Baks" - "Yuta Cazz" - 114:102

"Nyu Orleans Pelikans" - "Memfis Qrizzlis" - 114:95

"Dallas Maveriks" - "Los Anceles Leykers" - 97:107

"Portlend Treyl Bleyzers" - "Nyu York Niks" - 111:101

"Sakramento Kinqs" - "Orlando Məcik" - 111:95