"Brayton" "Flamenqo"ya 20 milyon avro təklif edib
"Brayton" heyətinə yeni sağ cinah müdafiəçisi transfer etmək qərarına gəlib.
Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu "Flamenqo"nun brazilyalı futbolçusu Vesliy França üçün 20 milyon avro təklif edib.
21 yaşlı futbolçunun Brazilya klubu ilə müqaviləsi 2028-ci ilin dekabr ayının 31-nə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Vesliy bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 24 matçda 1 qol 2 məhsuldar ötürmə müəllifi olub.