"Brayton" "Lids Yunayted"ə 20 milyon avro ödəyəcək
"Brayton" "Lids Yunayted"in futbolçusu Paskal Struyiki transfer etməyə yaxındır.
Sportline.az xəbər verir ki, tərəflər transfer məsələsində razılıq əldə ediblər.
Jurnalist Beren Krossun məlumatına görə, "Brayton" bu keçid üçün qarşı tərəfə 20 milyon avro ödəyəcək.
Qeyd edək ki, P.Ştruyik ötən mövsüm meydana çıxdığı 37 matçda 1 asistlə yadda qalıb.