“Brayton”dan yeni transfer həmləsi

"Olimpiakos"un yunanlı forvardı Karalampos Kostoulas karyerasını "Brayton"da davam etdirəcək.

Sportline.az jurnalist Luka Bendonin məlumatına istinadən xəbər verir ki, bu keçid üçün "Brayton" qarşı tərəfə 40 milyon avro ödəyəcək.

18 yaşlı futbolçu ötən mövsüm çıxış etdiyi 37 matçda 12 qol 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Kostoulasın "Olimpiakos"la müqaviləsi 2030-cu ilin yayına qədərdir.