Braziliya - Argentina matçında xaos: Futbolçular meydanı tərk etdilər

DÇ 2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Braziliya - Argentina matçında xaos yaşanıb.

Sportline.az xəbər verir ki, Braziliyanın Səhiyyə Nazirliyinin əməkdaşları meydana daxil olaraq karantin qaydalarını pozduqları üçün argentinalı futbolçuların bəzilərini deportasiya etmək istəyiblər. Əməkdaşlar Emiliano Martines, Lo Çelso, Buendia və Romeronu İngiltərədən gəldikləri halda karantində qalmadıqları üçün ölkədən çıxarılmasına çalışıb.

Bunu görən argentinalılar etiraz olaraq meydanı tərk ediblər. Bununla da, görüş müvəqqəti dayandırılıb.