Braziliyadan Türkiyə klubuna

Türkiyənin "Trabzonspor" klubu heyətinə yeni oyunçu cəlb edib.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, "bordo-mavili" klub Braziliya təmsilçisi "Fluminense"dən Marlon Rodriqes Xavyeri 1 illik icarəyə götürüb.

Braziliyalı sol cinah müdafiəçisi ötən mövsümü icarə əsasında Portuqaliyanın "Boavişta" klubunda oynayıb. 23 yaşlı futbolçu Portu təmsilçisinə keçirdiyi 28 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.