Braziliyalı gənc futbolçu Endrik kumirini açıqlayıb
Braziliyalı gənc futbolçu Endrik Kriştianu Ronaldunun izindən getmək istəyir.
Sportline.az Gola.com-a istinadla xəbər verir ki, "Palmerias" kulubunun 18 yaşlı hücumçusu portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun rekordlarını yeniləməyə çalışacağını bildirib.
Endrik açıqlamasında :"Çelsi" kulubunda oynamaq istədiyi ilə bağlı paylaşılan xəbərlərin doğru olmadığını və "Real Madrid"ə transfer olmaq istədiyini",-deyib.
Qeyd edək ki, Endrik bu mövsüm "Palmerias" forması ilə çıxdığı 53 oyunda 14 qol, 1 asistlə yadda qalıb.