Braziliyanın professor ləqəbli əfsanəvi futbolçusu vəfat edib
Braziliya millisinin əfsanəvi futbolçusu professor ləqəbli Mario Zaqallo 92 yaşında vəfat edib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Braziliya seçmə komandasıyla ilk Dünya Çempionluğu yaşayan Mario Zaqllonun oğlu instaqram səhifəsində paylaşım edərək :"Daha bir əfsaənə gözlərini yumdu",-deyib.
1970-ci ildə Peleylə birliktə Braziliya millisinin qələbəsinə tövhə verən əfsanə 1998-ci ildə seçmə komandanın baş məşqçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Braziliya Futbol Federassiyasının prezidenti Ednaldo Rodriqes əfsaənəvi futbolçunun vəfatıyla bağlı yas saxlanacağını bildirib.