Britaniya səfiri "Tottenhem" - "Qarabağ" oyunundan yazdı

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində “Tottenhem”lə bu gün səfərdə keçirəcəyi oyunla bağlı paylaşım edib.

Sportline.az xəbər verir ki, o,  bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb. Diplomat Ağdam klubuna uğurlar arzulayıb:

“Təkliflərinizi nəzərə alıb “Qarabağ”ın “Tottenhem”ə qarşı oyununu bu dəfə stadiondan deyil, evimdən izləməyə qərar verdim. Londona 4-cü dəfə səfər edən “Qarabağ”a uğurlar arzu edirəm!"

Qeyd edək ki, bu gün  Londondakı “Tottenhem Hotspur” stadionunda keçiriləcək "Tottenhem" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.