"Brügge"ni futbolçusu "İnter"də

"Brügge" klubuna məxsus olan 24 yaşlı sağ cinah hücumçusu "İnter" klubuna transfer olunub.

Sportline.az idman jurnalisti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir ki, kanadalı futbolçu Tayon Buçanan Belçika klubundan 7 miyon avro qarşılığında transfer olunub. 

Futbolçunun 48 saat ərzindı sağlamlıq yoxlanışından keçəcəyi bildirilib.

Qeyd edək ki, Tayon Buçanan "Brügge" formasıyla çıxdığı 20 oyunda 3 üol 4 asistlə yadda qalıb.