"Bu, klubla müzakirə ediləcək bir məsələdir, görərik"

“Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konate gələcəyi ilə bağlı danışıb.
 
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, fransız müdafiəçi yeni müqavilə ilə bağlı suala konkret cavab verməkdən imtina edib.

"Yeni müqavilə? Bu, klubla müzakirə ediləcək bir məsələdir, görərik", - Konate deyib. 

25 yaşlı futbolçu "Liverpul"la müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Konate bu mövsüm 39 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.