Bu ölkədə MMA-ya qadağa qoyulub
Əfqanıstanda daha qarışıq döyüş növləri üzrə yarışlar keçirilməyəcək.
Sportline.az xəbər verir ki, bu ölkədə MMA qadağan olunub.
Ölkə rəhbərliyi bu addımı sözügedən idman növünün İslam dininə zidd olması ilə əlaqələndirib.
Bu haqda Əfqanıstanın Bədən tərbiyyəsi və İdman Baş İdarəsi tərəfindən rəsmi məlumat yayılıb.
Qeyd edək ki, Avropa ölkələri arasında yalnız Norveç anoloji addımı atıb.