Bundesliqa: “Bavariya” məğlub oldu, “Bayer” qalib gəldi
Almaniya Bundesliqasında 14-cü turun matçları davam edir.
Sportline.az xəbər verir ki, lider “Bavariya” səfərdə “Maynz”a 1:2 hesabı ilə məğlub olub.
Son çempion “Bayer” isə səfərdə “Ausburq”dan üstün olub. 2:0
Günün digər nəticələri ilə tanış olaq:
“Borussiya Münhenqlaxba” 4:1 “Holşteyn Kil”
“Uniyon Berlin” 1:1 “Boxum”
Qeyd edək ki, çempionata 33 xalla “Bavariya” başçılıq edir. 29 xalla “Bayer” 2-ci, aktivində 27 xalı olan “Ayntraxt” isə ilk 3-lüyü qapıyır.