Burak Yılmaz "Lill"də?

Türkiyə millisinin üzvü Burak Yılmaz "Beşiktaş"dan ayrılmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, "ağ-qaralar"ın hücumçusu Fransanın "Lill" klubu ilə anlaşmağa yaxındır. 

"Beşiktaş"da illik 2 milyon avro maaş alan hücumçunun klubdan 1,5 milyon avro alacağı var. Burak Fransa klubu ilə anlaşsa, 750 min avronu "Beşiktaş"a bağışlayıb, azad agent statusu almağa çalışacaq.

Əgər danışıqlar uğurlu davam etsə, "Lill" 35 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalayacaq. Komandanın baş məşqçisi Kristof Qaltye təcrübəli forvardla maraqlandıqlarını təsdiqləyib:

"Burakla maraqlanırıq. Gəlib-gəlməyəcəyini birlikdə görəcəyik. O da Joze Fonte kimidir. Fonte də bizə bu yaşda gəlmişdi və komandaya faydalı oldu. Onu mənə idman direktorumuz Luiş Kampuş göstərdi və mən də bəyəndim".

Burak 2018-ci ildən "Qara qartallar"da çıxış edir. O, bu mövsüm Super Liqada keçirdiyi 25 oyunda 13 qol vurub, 7 assist edib.