Buskets "Barselona"dan şikayətləndi

"Barselona"nın futbolçusu Serxio Buskets Kataloniya klubundakı problemlər haqda danışıb.

Sportline.az "Sport.es"ə istinadən xəbər verir ki,  o, bununla bağlı deyib: "Barselona" üçün yaxşı vaxt deyil.  Bu barədə ətraflı məlumat versəm, 5-6 saat danışa bilərəm. Bizim üçün ən yaxşı il olmadı. Problemlər həm fərdi, həm də kollektiv şəkildə var idi. Futbol komanda idman növüdür. İndi yeni bir fürsətimiz var və vəziyyətin yaxşılaşacağına ümid edirik".

Qeyd edək ki, "Barselona" hazırda La Liqada 5 turdan sonra 3 oyundan 7 xalla 6-cı pillədə qərarlaşıb.