Cek Qrilişin evi qarət olunub

"Mançester Siti"nin ingiltərəli futbolçusu Cek Qriliş xoşa gəlməz halla üzləşib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 28 yaşlı sol cinah hücumçusunun evi "Everton" - "Mançester Siti" matçı zamanı qarət olunub. 

Cek Qriliş İngiltərə polisinə,evindən 1 milyon funt sterlinq dəyərində dəyərli əşyanın oğurlandığını bildirib.

Qeyd edək ki, İngiltərə polisi oğruların tapılması üçün helikopter və xüsusi itlərin cəlb olunduğunu deyib.