Ceydon Sanço keçmiş klubuna qayıda bilər
İngiltərəli gənc ulduz "Borussiya Dortmund" klubuna keçə bilər.
Sportline.az idman jurnalisti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir ki, "Mançester Yunayted"də işləri yolunda getməyən Ceydon Sanço "Borussiya Dortmund" klubuna keçəcək.
Almaniya klubu futbolçunu ocarə əsasında tramsfer etmək üçün danışıqlara başlayıb.
Qeyd edək ki, Ceydon Sanço transferin gerçəkləşməsi üçün Erik Ten Haqdan üzr istəməlidir.