Çaloba "İnter"ə keçir?
"İnter" "Çelsi"nin futbolçusu Trevoh Çalobanı heyətinə qatmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
26 yaşlı oyunçu dəyəri 40 milyon avrodur.
Qeyd edək ki, Çaloba London klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.