"Çelsi" Almaniya nəhənginə elçi düşüb

"Çelsi"nin yeni transfer hədəfi bəlli olub.

Sportline.az jurnalist David Ornşteynin məlumatına istinadən xəbər verir ki, "Borussiya Dortmund"un ingiltərəli futbolçusu Ceymi Gittens "Çelsi"nin maraq dairəsinə düşüb.

20 yaşlı sol cinah vingerinin dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avrodur.

Qeyd edək ki, Gittens bu mövsüm çıxış etdiyi 49 matçda 12 qol 5 asistlə yadda qalıb.