"Çelsi" "Aston Villa"nın futbolçusuna göz qoydu

"Çelsi" "Aston Villa"nın ingiltərəli futbolçusu Morqan Rocersi transfer etməyi düşünür.

Sportline.az xəbər verir ki, bu haqda "İndependent" nəşri məlumat yayıb.

Rocersin transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, 22 yaşlı futbolçunun "Aston Villa" ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 50 matçda 14 qol 13 asistlə yadda qalıb.