"Çelsi" "Barselona"ya 80 milyon avro ödəməyə hazırdır

"Çelsi" müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, əsas hədəflərdən biri "Barselona"nın gənc stopperi Pau Kubarsidir.

"El Nacional" nəşrinin yaydığı məlumata görə, "zadəganlar" bu keçid üçün qarşı tərəfə 80 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, P.Kubarsi Kataloniya klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.

Banner