"Borussiya Dortmund" "Çelsi"nin futbolçusuyla maraqlanır
"Borussiya Dortmund" klubu "Çelsi"nin niderlandlı sol cinah müdafiəçisini transfer etmək istəyir.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 21 yaşlı futbolçu Lan Maatsin İngiltərə klubundan ayrılmaq istədiyini bildirib.
Almaniya klubu komandadanayrılmaq istəyən Lan Maatsin üçün İngiltərə klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Lan Maatsin bu mövsüm "Çelsi" forması ilə cəmi 15 oyunda meydana çıxıb.