"Tottenhem" müdafiə xəttini gücləndirir

"Tottenhem" kulubu "Çelsi"nin mərkəz müdafiəçisi Konor Qalleqeri transfer etmək qərarına gəlib. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "zadəganlar" təcrübəli müdafiəçi üçün 50 milyon funt sterlinq tələb ediblər. 

"Tottenhem" rəhərliyi tələb olunan miqadarı ödəyə bilməyəcəyi üçün danışıqlar masasına əyləşmək qərarına gəlib.23 yaşlı müdafiəçi isə "Çelsi"də xoşbəxt olduğunu bildirib. 

Qeyd edək ki, Konor Qalleqer "Çelsi" forması meydana çıxdığı 20 oyunda 4 asistlə yadda qalıb.