"Çelsi" seneqallı futbolçusunu satmayacaq
"Çelsi" seneqallı futbolçusu Nikolas Ceksonu satmaq niyyətində deyil.
Sportline.az jurnalist Dom Smitin məlumatına istinadən xəbər verir ki, London klubunun rəhbərliyi Ceksonu önəmli fiqur hesab edir.
24 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Cekson bu mövsüm meydana çıxdığı 36 matçda 13 qol 6 məhsuldar ötürmə müəllifi olub.