"Çelsi" türkiyəli futbolçuya görə 100 milyon avro ödəməyə hazırdır

"Çelsi" "Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldızı heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, London klubu Kenan Yıldız üçün "Yuventus"a 100 milyon avro ödəməyə hazırdır.

19 yaşlı futbolçunun Turin klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm çıxış etdiyi 46 matçda 8 qol 5 asistlə yadda qalıb.