"Çelsi" və "Nyukasl" transfer yarışına girib

"Brayton"un brazilyalı futbolçusu Joao Pedro bu yay komandasını dəyişə bilər.

Sportline.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" və "Nyukasl Yunayted" J.Pedronu transfer etmək üçün yarışa girib.

23 yaşlı hücumçunun transfer qiyməti 50 milyon avrodur.

Qeyd edək ki, Joao Pedronun "Bayton"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

O, ötən mövsümü 30 matçda 10 qol 7 məhsuldar ötürmə ilə tamamlayıb.